Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olan 9 nəfərdən ibarət dəstə saxlayaraq istintaqa cəlb edib.
Eləcə də bax: Azərbaycanda nərə balığı - Satanlar Saxlanıldı
FED.az xəbər verir ki, onlardan hər birinin qiyməti 220 manat olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 256-cı (Balıq və digər su bioresurslarını qanunsuz tutma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.