Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarəetmə hüququ) II hissəsində aşağıdakı dəyişikliklər edilir:
4-cü bəndə (“BE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 19 yaşdan;) “19 yaşdan” sözlərindən sonra “(“B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)” sözləri əlavə edilir. 5-ci bənddən (tramvayları, trolleybusları, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan;) “, “CE” və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini” sözləri çıxarılır.
Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilir:
“5-1) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
5-2) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);”.
6-cı bənd (“DE” - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 24 yaşdan.) aşağıdakı redaksiyada verilir:
“6) “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);”.
Səkkizinci abzas ləğv edilir və doqquzuncu abzas səkkizinci abzas hesab edilir.