Səudiyyə Ərəbistanında 6 nazirliyin 65 nəfər əməkdaşı korrupsiya ittihamı ilə həbs edilib.
FED.az xəbər verir ki, bu barədə krallığın Nəzarət və Antikorrupsiya İdarəsi (Nazaha) məlumat yayıb.
Məlumatda bildirilib ki, həbs edilənlər arasında Müdafiə, Daxili İşlər, Ədliyyə nazirliklərinin, bələdiyyələr, təhsil və kənd təsərrüfatı departamentlərinin əməkdaşları, habelə əcnəbilər var. Saxlanılan şəxslər barəsində qarşı rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və saxtakarlıq maddələri ilə cinayət işi açılıb.
Nazaha son bir ayda dövlət qurumları və maliyyə strukturlarında 460 yoxlama aparıb və nəticələrini prokurorluğa təqdim edib.
Hazırda Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanın göstərişi ilə geniş hüquq-məhkəmə islahatları həyata keçirilir. (Azərtac)