Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Alim Əlizadə həbs edilib.
Xankəndidə yaşayan separatçının "Telegram" videosu ilə bağlı - CİNAYƏT İŞİ BAŞLANDI
FED.az bisnes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, A.Əlizadə barəsində Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda və təkrar törədilməklə) maddələri ilə açılmış işin istintaqı başa çatıb. İşə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baxılıb.
Məhkəmədə bildirilib ki, ETSN-in Meşələrin İnkişafı Xidmətinin Meşə Təsərrüfatı Mərkəzinin keçmiş direktoru İlqar Qəribov 2020-ci ildə vəzifədən azad edilib. İşində yol verdiyi nöqsanlara görə barəsində cinayət işi açılan və həbs edilən İ.Qəribovun yerinə həmin vaxt 1983-cü il təvəllüdlü Alim Əlizadə təyin edilib. Lakin sonradan A.Əlizadənin də oxşar əməllər törətməsi barədə hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub. Bir neçə ay əvvəl A.Əlizadə işdən çıxarılıb və barəsində cinayət işi açılıb.
Bildirilib ki, A.Əlizadə İsmayılı, Oğuz və Qəbələ rayonlarında meşə təsərüfatına məxsus ərazilərdə obyektlərin tikilməsi, söhbətgahların salınması məqsədilə müxtəlif şəxslərdən rüşvət qismində külli miqdarda pul alıb.
Məhkəmədə A.Əlizadə özünü təqsirli bilməyib və ona müraciət edən iş adamlarına yalnız məsləhət verdiyini deyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əlizadəyə 8 il 6 ay müddətinə həbs cəzası verilib.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/