"İlkin araşdırmalara görə, Amnistiya Aktının Penitensiar Xidmətdə 5 800-ə yaxın, Probasiya Xidmətində isə 8 800 məhkuma şamil olunması gözlənilir".
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir: "Bunun 15 min nəfərə yaxını Ədliyyə Nazirliyi tərəfindən icra olunacaq. Bu Amnistiya Aktı digərlərindən əhatəsinin genişliyi ilə fərqlənir".