Banner

Hüquq

Nazirlik karxana sahibini - 3 000 MANAT CƏRİMƏLƏYİB

Nazirlik karxana sahibini - 3 000 MANAT CƏRİMƏLƏYİB | FED.az
10:12 9 May 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Quba rayonunun 2-ci Nügədi kəndi yaxınlığında, Qaraçay yatağında qum-çınqıl karxanası tərəfindən yataqayırma hüdudundan kənarda qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edilib.

Eləcə də bax: Bakıda tikinti şirkətinin rəhbəri - CƏRİMƏLƏNDİ

ETSN-dən FED.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən qum-çınqıl karxanasının Bakı şəhər sakini Zərbadam Məmmədovaya məxsus olduğu müəyyən olunub.

Faktla bağlı karxana sahibi Z.Məmmədova barəsində akt və protokol tərtib olunub və o vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib.

Digər xəbərlər

Banner