Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.
Eləcə də bax: Vilayət Eyvazov fondun direktorunu - İşdən Çıxardı - FOTO
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.
S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.
Hüquq-mühafizə orqanlarından məlumatı təsdiqləyiblər.