Səhiyyə Naziri olacam və səni Baş həkim təyin edəcəm deyərək, həkim yoldaşından 165 000 ABŞ dolları almaqla dələduzluq etmiş şəxs barəsində Ali Məhkəmə qərar qəbul etmişdir.
Eləcə də bax: Səlim Müslümov məhkəmə qarşısına - ÇIXARILIR
FED.az xəbər verir ki, baş həkim işlədiyi dövrdə dələduzluq və (öz qulluq mövqeyindən istifadə etməklə) və rüşvət verməyə təhrik etmə cinayətlərini törətmiş şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsi 9 il azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
Hökmdən narazı qalan keçmiş baş həkim barəsində çıxarılmış hökmü Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də qüvvədə saxlamışdır. (parvizmammadov.az)