Qazaxıstanın hüquq-mühafizə orqanları birinci prezident Nursultan Nazarbayevin bacısı oğlu Kayrat Satıbaldıyuluna qarşı iş çərçivəsində ölkədən qanunsuz çıxarılan 464 milyard tengedən çox (1 milyard dollardan çox) vəsaiti ölkəyə qaytarıb.
Eləcə də bax: Nazarbayevin qızı ölkədən 300 milyon dollar çıxarıb - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da Qazaxıstan məhkəməsi mənimsəmə işi üzrə Kayrat Satybaldyulini 6 il müddətinə azadlıqdan məhrum edib. Martın 13-də Respublikanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti onu vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom”un vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək saxlayıb.(Apa)