Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Təcili: Rüşvət alıb avtomobilin rüsumunu az göstərən – GÖMRÜK ƏMƏKDAŞLARI HƏBS EDİLDİ
FED.az xəbər verir ki, Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri - Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məhsuliyətə cəlb ediliblər.
Araşdırmalarda onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb.
"Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyyə olunur", - məlumatda qeyd olunub.
Faktla bağlı araşdırmalar davam edir. (Report)