Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev sərəncamı ilə N. Əmirov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.
SƏRƏNCAM:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Ərziman oğlu Əmirov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2017-ci il.