Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Eləcə də bax: Erməni təxribatı nəticəsində 31 mülki şəxs öldürülüb, 168 nəfər yaralanıb
Qurumun Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 mülki şəxsi qətlə yetiririlib, 171 nəfəri isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 45, yaşayış evlərinin sayı isə 1 137-dir.