Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Eləcə də bax: Gəncəyə raket atılması nəticəsində ölənlərin sayı 10-a çatdı
Qurumun Mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 42 mülki şəxsi qətlə yetiririlib, 206 nəfəri isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 241, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 479-dir.