Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” layihəsinin “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun növbəti iclası keçirilib.
“Azərpoçt” və Mediasiya Şurası - ƏMƏKDAŞLIQ EDƏCƏK
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən FED.az-a bildirilib ki, iclasda Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru üzrə sorğu vərəqəsi və qiymətləndirmə nəticələrinə dair arayış müzakirə edilib.
Onlayn platforma üzərindən təşkil edilən iclasda Ədliyyə Nazirliyinin, Bakı Apellyasiya Məhkəməsinin, Mediasiya Şurasının, Vəkillər Kollegiyasının nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.
İclas zamanı sorğu vərəqəsindəki suallar üzrə mümkün maksimum balın toplanması və daha yaxşı nəticələrin əldə olunması məqsədilə müvafiq tədbirlər görülməsi qərara alınıb.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib, görüş iştirakçılarının sualları cavablandırılıb.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/