Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakların müsadirə olunması istənilib.
Eləcə də bax: Prokuror MTN generalına - 14 İL HƏBS İSTƏYİB
FED.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının çıxışında bildirilib.
Ümumilikdə orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklara müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir:
Mövlam Şixəliyevin adına rəsmiləşdirilmiş orta bazar dəyəri 2 milyon 600 min manatlıq - Bakının Səbail, Nəsimi, Nizami və və Binəqədi rayonunda yerləşən daşınmaz əmlaklar;
Mövlam Şixəliyevin həyat yoldaşı Aybəniz Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri - 3 milyon 207 min 204 manat Ağdaş şəhərində, Bakının Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonunda yerləşən daşınmaz əmlaklar;
Mövlam Şixəliyevin oğlu Elşən Şixəliyev və qızı Samirə Şixəliyevanın adına rəsmiləşdirilmiş orta bazar dəyəri - 3 milyon 288 min 116 manatlıq Bakının Binəqədi və Səbail rayonlarında yerləşən daşınmaz əmlaklar.
Qeyd edək ki, prokuror Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyevə 14 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədova 12 il, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərova 11 il, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib. (Apa)