“Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin işləri ilə bağlı istintaq davam etdirilir, təqsiri olan digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması da təmin olunacaq”.
FED.az xəbər verir ki, bu sözləri baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ““Mover” və “Camex” MMC-nin rəhbərlərinin rüşvət verdiyi üçün həbsi gözlənilirmi?” sualına cavabı zamanı deyib.
O, qeyd edib ki, istintaq yekunlaşan zaman bu barədə mətbuata açıqlama veriləcək.
Eləcə də bax: Azərbaycanda 34,2 milyon manatlıq əmlaka - HƏBS QOYULUB
Kamran Əliyev əlavə edib ki, Bakı Lift İdarəsi ilə bağlı araşdırma davam edir. Maliyyə Nazirliyi də orada araşdırma aparır.
İdarə rəisi Rüfət Aslanlı ilə bağlı suala cavab verməkdən imtina edib: “Çünki araşdırma gedir, mən indi nəsə söz desəm, gələcəkdə atılacaq addımı qarşılamış olaram”.