Bakı şəhəri Səbail rayon məhkəməsi Azərbaycan vətəndaşı Şərifov Kənan Urfan oğlu barəsində həbs qətimkan tədbiri seçib.
Sumqayıt və Lənkəranda güzəştli mənzillər 23 saniyəyə satıldı - YENİLƏNİB
FED.az xəbər verir ki, Kənan Şərifov Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə müəyyən edilərək saxlanılıb.
O, digərləri ilə birlikdə MİDA adından saxta sənədlər hazırlayıb istifadə etməklə, müxtəlif ünvanlara, o cümlədən banklara göndərməklə çoxsaylı vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə şübhəli bilinir.