Bu il dekabrın 3-də MİDA tərəfindən 627 mənzilin satışı zamanı yaranan problemlə bağlı məsələlərə aydınlaşıb.
Ökənin 6 bölgəsində güzəştli mənzillərin satışı - 1 DƏQİQƏDƏ BAŞA ÇATIB - YENİLƏNİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, həmin gün mənzil seçimi prosesinə müxtəlif kiberhücum cəhdləri müşahidə edilib və onlar aşkarlanaraq neytrallaşdırılıb, artıq bu halla bağlı DTX-də cinayət işi başlanılıb.
Müəyyən edilib ki, mənzil seçimində bir neçə şəxs güzəştli mənzil seçimində irəli düşmək çüün Azərbaycan vətəndaşları - C.Süleymanlı və T.Abdulova müraciət edib. Onlar da bu məqsədilə əvvəlcədən əldə etdikləri xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə tətbiq ediblər. 3 dekabr tarixində saat 11:00-da isə bu proqramı işə salaraq kompüter infrastrukturunun normal fəaliyyətinə ciddi maneə yaradıblar.
Qeyd olunan şəxslər DTX tərəfindən Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə - hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”.










