Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində azərbaycanlı iş adamı, "Palmali" Qrupunun qurucusu Mübariz Mənsimov həb edilib.
FED.az türk mətbuatına istinadən xəbər verir ki, M.Mənsimov bu gün səhər İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Maliyyə Cinayətləri İdarəsi qrupları tərəfindən həbs edilib. Şübhəli iş adamının olduğu ünvanda axtarış aparılıb.
"Palmali Group" şirkətinin təsisçisi M.Mənsimov Baş Prokurorluq tərəfindən FETÖ istintaqı çərçivəsində ittiham olunur.