Azərbaycanda isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və quraşdırılması sektorunda ixtisaslamış “SVF Group” QSC Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.
Eləcə də bax: Mərkəzi Bank 8 şirkəti cərimələdi – SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, “SVF Group” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 30 avqust 2021-ci il tarixdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəməyə
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
“SFV Group” QSC Azərbaycan bazarında 2010-cu ildən isitmə, soyutma və havalandırma sistemlərinin layihələndirilməsi və quraşdırılması sektorunda ixtisaslaşmış firma kimi fəaliyyət göstərir.