“Gilan Holding” MMC-nin Qəbələdəki zavodu “Gilan Qəbələ Konserv Zavodu” MMC barəsində Azərbaycan Mərkəzi Bankı cərimə protokolu tərtib edib.
Eləcə də bax: “Özsüt” restoranları məcburi auditdən yayınmağa görə - CƏRİMƏ OLUNUR
FED.az Banker.az-a istinadən xəbər verir ki, Azərbaycanda “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri ilə bazara məhsul çıxaran “Gilan Konserv Zavodu” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 14 oktyabr 2021-ci il tarixdə, Qəbələ Rayon Məhkəməsinə göndərilib.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Şirkət nə zaman cərimələnir?
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
Gilan Qəbələ Konserv Zavodu
13 ha sahədə yerləşən Qəbələ Konserv Zavodunda ildə 210000 ton meyvə şirəsi və nektar istehsal edir. Təxminən 70 000 ton meyvə emal etmək gücündə olan zavod təxminən 100 çeşid məhsul istehsal edir. Bu zavodun qanuni adı “Gilan Qəbələ Konserv Zavodu” MMC olmaqla 2007-ci ildə yaradılıb. Şirkətin 377 340 manat nizamnamə kapitalına sahibdir.