Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və ya kredit bürosuna “Kredit ittifaqları haqqında” və “Kredit buroları haqqında” qanunlarda nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə cərimə müəyyənləşir.
Eləcə də bax: Bilərəkdən yanlış məlumat verən fermerlər - Cərimələnəcək
FED.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, bu hallarda vəzifəli şəxslər 150 manatdan 200 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə cərimə ediləcək. (Apa)