Məhkəmə-Hüquq Şurasında qaynar xətt yaradılacaq.
FED.az xəbər verir ki, bu, prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.
Qeyd olunub ki, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılmalıdır.
Bundan başqa, Məhkəmə-Hüquq Şurasına hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etmək tapşırılıb.