Azərbaycanda məhkəmələrə müraciət, iddia qaldırılması üçün dövlət rüsumları dəyişib.
Eləcə də bax: “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər - Qəbul Edildi
FED.az xəbər verir ki, bir neçə gün əvvəl prezident İlham Əliyev «Dövlət rusumu haqqında» qanuna dəyişiklikləri təsdiqləyib. Yeniliklər məhkəmələrə müraciətlə bağlı tarifləri əhatə edir.
Ümumilikdə yeniliklərə görə, məhkəmə iddiası üçün rüsumlar artırılıb, indiyədək ödənişsiz olan bəzi iddialar üçün də artıq ödəniş etmək lazım olacaq.
Belə ki, indiyədək iddiaların həcmindən asılı olaraq dövlət rüsumu iki formada tətbiq olunurdu – məbləği 500 manata qədər olan iddialar üzrə 20 manat, 500 manatdan artıq məbləğ üçün isə 30 manat. İndi isə bu qayda dəyişdirilib. 1000 manata qədər olan iddialar üçün dövlət rüsumu 30 manata qaldırılıb, eləcə də buraya 1000-10 000 manat, 10 000 – 100 000 manat, 100 000 – 1 000 000 manat və 1 000 000 manatdan artıq məbləğdə bölgülər əlavə edilib.
Nəticədə əvvəllər məsələn 10 min, 100 min və 1 milyon manatlıq iddialar üçün 30 manat rüsum ödənirdisə, indi bu məbləğ 120 manata, 100 min manatlıq iddiada 390 manata, 1 milyonduq iddia üçün isə 1 290 manata qaldırılıb. İddianın məbləği artdıqca rüsum da yüksəlir və 50 min manata qədər arta bilər.
Fiziki şəxslərin mülkiyyət və əmlak mübahisələrinə görə iddiaları üçün rüsum 100 manat, eləcədə qiymətləndirilməyən iddialar üçün rüsum da 100 manat müəyyən edilib.
İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə rüsum əvvəllər 10-20 maat idisə, indi yuxarıda göstərilən qaydada hesbalanacaq, yəni son nəticədə kəskin artacaq.
İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə dövlət rüsumu 20 manatdan 50 manata qaldırılıb.
Bundan başqa, qanunun 9.1.9-9.1.11 və 9.1.15-9.1.19 maddələrinin ləğv edilməsi nəticəsində iddia rüsumu ilə bağlı indiyədək mövcud olan güzəştlərin bir hissəsi aradan qaldırılıb.
Güzəştlərin ləğv edildiyi hallar aşağıdakılardır. Dəyişikliklərdən sonra bu iddialar üzrə də rüsumlar ödəniləcək.
9.1.9. cinayət nəticəsində dövlətə vurulmuş maddi zərərin ödənilməsi barədə prokuror tərəfindən verilən iddialar üzrə – iddiaçılar;
9.1.10. aliment verməkdən, şikəst etmə və ya səhəti sair şəkildə zədələnmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanı ödəməkdən, vergilərin və digər məcburi ödəmələrin tutulmasından boyun qaçıran şəxslərin axtarışı ilə əlaqədar xərclərin tələb olunması üzrə – polis orqanları;
9.1.11. cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə və təşkilatlara sənədlər (arayışlar) verilməsi üçün – vətəndaş, müəssisə, idarə və təşkilatlar;
9.1.15. başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə - dövlət orqanları;
9.1.19. yeni açılmış hallara görə qanuni qüvvəye minmiş məhkəmə aktlarına yenidən baxılması üçün verilmiş ərizələr üzrə - tərəflər;
Hazırda məhkəmə işləri üzrə rüsumlar aşağıdakı kimidir:
“Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri
Əvvəlki variant isə belə idi:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
|
Dövlət rüsumunun məbləği |
8.1. Məhkəməyə verilən iddia ərizələrindən: |
|
8.1.1. iddia qiyməti 500 manatadək olduqda |
20 manat |
8.1.2. iddia qiyməti 500 manatdan çox olduqda |
30 manat |
8.2. İddianın predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxslərin işə qoşulması barədə ərizələrindən: |
|
8.2.1. iddia qiyməti ilə bağlı olduqda |
bu qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumu |
8.2.2. hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən |
10 manat |
8.3. Məhkəmə əmri haqqında ərizələrdən |
20 manat |
8.4. Apellyasiya və kassasiya şikayətlərindən: |
|
8.4.1. birinci instansiya məhkəməsinə müraciət edilərkən; |
bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi |
8.4.2. iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanmasından, məhkəmə cərimələrinin qoyulması barədə şikayətlərdən |
20 manat |
8.4.3. mübahisəsiz qaydada (akseptsiz) ödənilən cərimələr üzrə icra və digər sənədin icra olunmasının təsdiqi barədə mübahisələr üzrə iddia ərizələrindən |
10 manat |
8.4.4. qanunla mübahisəsiz qaydada (akseptsiz) tutulması nəzərdə tutulmayıbsa, dövlət orqanları, yerli özünüidarə orqanları və nəzarət funksiyalarını həyata keçirən digər orqanları tərəfindən cərimələrin ödənilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən |
40 manat |
8.4.5. nəzarət funksiyasını həyata keçirən orqanlar tərəfindən qanunun və ya digər normativ hüquqi aktın tələblərini pozmaqla, mübahisəsiz qaydada (akseptsiz) pul vəsaitinin büdcədən qaytarılması barədə mübahisələr üzrə iddia ərizələrindən |
10 manat |
8.4.6. müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi, hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən |
10 manat |
8.4.7. vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən |
10 manat |
8.4.8. məhkəmə aktlarının və surətlərinin təkrarən verilməsinə görə |
10 manat |
8.4.9. nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən |
20 manat |
8.4.10. nikah ləğv edilərkən əmlak bölüşdürüldükdə |
40 manat |
8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən |
10 manat |
8.4.12. müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən |
10 manat |
8.4.13. qanunda nəzərdə tutulan müqavilələr üzrə mübahisələrə dair və yaxud tərəflərin razılığı ilə mübahisənin inzibati-iqtisadi məhkəmənin həllinə verilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən |
20 manat |
8.4.14. ixtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və coğrafi göstəricinin mühafizəsi ilə bağlı ərizə və şikayətlərdən |
30 manat |