Azərbaycanda məhkəmə proseslərində çoxsaylı yeniliklər gözlənilir. FED.az xəbər verir ki, dəyişikliklər Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsi və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrində nəzərdə tutulub.
Satış təmsilçisi şirkətin 15 min manat pulunu mənimsədi - CİNAYƏT İŞİ
Hazırda bu sənədlərə parlamentdə baxılır.
Qanun layihələrinə görə, "əsasssız vəsatət" qaldıran tərəf (vəkil) 500 manat inzibati cəriməyə məhkum olacaq.
Bundan başqa, məhkəməyə sübutların təqdim edilməməsinə görə intizamlandırıcı tədbir olaraq tətbiq olunan 50 manat cərimənin məbləğinin 2000 manatadək artırılması təklif olunur.
Digər yeniliyə əsasən, məhkəmələrdə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək.