“Hazırda məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.
Eləcə də bax: Məhkəmələrdə inqilabi yenilik – ÖZƏL İCRA QURUMU YARADILACAQ – NAZİRLİK AÇIQLADI
Onun sözlərinə görə, yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir.
Report