Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tərəfindən "Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi" mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən məhkəmələrinin sədrləri ilə görüş keçirilib.
Rüşvət ilə gömrükdən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər - SAXLANILDI
FED.az xəbər verir ki, Şuranın son iclaslarının nəticəsi olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev məhkəmənin ərazi yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə konfrans keçirib.
Konfransda sədr Məhkəmə-Hüquq Şurasının qaldırdığı, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, qanunvericiliyin bütün tələblərinə ciddi riayət olunması ilə bağlı məsələlərə toxunub.
Sədr məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.
Daha sonra, apellyasiya baxışının nəticələrinə əsasən ləğv edilmiş konkrekt işlər üzrə nöqsanlar, xarakterik pozuntular birinci instansiya məhkəmələrinin hakimlərinin diqqətinə çatdırılıb, mövcud məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
İşlərə baxılarkən qanunvericiliyin, Ali Məhkəmənin Plenumunun qərarlarının tələblərinə ciddi əməl olunması ilə bağlı birinci instansiya məhkəmələrinin hakimlərinə tövsiyələr verilib.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/