Banner

Hüquq

Məhkəmə “Techno Aqro” şirkətini 42 min dollar - CƏRİMƏLƏDİ

Məhkəmə “Techno Aqro” şirkətini 42 min dollar - CƏRİMƏLƏDİ | FED.az
12:05 21 Noy 2019

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Techno Aqro” MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib.

FED.az xəbər verir ki, palata tərtib etdiyi protokolu baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərib.

Eləcə də bax: Bakıda holdinq 40 min avro - CƏRİMƏ EDİLİB

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, barəsində 42 min dollar cərimə məbləğində cərimələnməsi haqda qərar çıxarıb.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Oxu

Digər xəbərlər

Banner