İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına dəyişiklik edilir.
Eləcə də bax: Azərbaycanın Vergi Məcəlləsinə - Dəyişikliklər Ediləcək
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə icra sənədi üzrə icraata xitam veriləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. (Apa)