Binəqədi Rayon Məhkəməsində Mərkəzi Bank tərəfindən “Avrora” MMC-yə qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib.
Eləcə də bax: Məhkəmə iki sığorta şirkəti ilə bağlı - QƏRAR VERDİ
FED.az xəbər verir ki, Mərkəzi Bank şikayətində şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) ilə cərimələnməsini istəyib.
Məhkəmə qərardad çıxararaq, işə xitam verib.
Bundan sonra bank qərardan apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Hazırda şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.