Hüquq

Məhkəmə işdən çıxarılan icra başçısının iddiasını - RƏDD ETDİ

Məhkəmə işdən çıxarılan icra başçısının iddiasını - RƏDD ETDİ | FED.az
12:41 22 Dek 2018

Dekabrın 21-də Xəzər Rayon Məhkəməsində rayonun sabiq icra başçısı Gülağa İslamovun həyətində 300 it saxlayan Eldar Mansurova qarşı iddiasına baxılıb.

FED.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, hakim Əkrəm Qəhrəmanov qərarı elan edib. Məhkəmənin qərarı ilə Gülağa İslamovun iddiası əssasız hesab olunduğu üçün rədd olunub. 

Qeyd edək ki, Gülağa İslamov Xəzər Rayon Məhkəməsinə müraciət edərək Mərdəkan qəsəbəsindəki həyətində 300-ə yaxın it saxlayan vətəndaş Eldar Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib.

Xatırladaq ki, G. İslamov dünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Digər xəbərlər