Bu il son illərlə müqayisədə məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artıb.
Bu barədə Ədliyyə Nazirliyində məhkəmə və digər orqanların qərarlarının icrası, o cümlədən məhkəmənin müəyyən edilmiş fəaliyyət qaydasının təmin edilməsi sahəsində 2019-cu ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə bildirilib.
Qeyd olunub ki, 2019-cu ilin birinci yarısında görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki dövrlə müqayisədə 50%-dən artıq – 300 mln. manatdan çox vəsait ödətdirilib.