Bakı Apellyasiya Məhkəməsində “Hyatt Regency Baku” hotelinin baş direktoru Qaq Valterin inzibati qaydada cərimələnməsi ilə bağlı şikayətə baxılıb.
Eləcə də bax: “Baklift-2”nin sabiq rəisinə - Şərti Cəza Verilib
FED.az xəbər verir ki, hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib, Qaq Valterin İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi barədə Yasamal Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.
5 ulduzlu “Hyatt Regency Baku”nun baş direktoru Qaq Valter Alman-Azərbaycan Xarici Ticarət Palatasının İdarə Heyətinin üzvüdür. (Report)