Hüquq

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin olunub

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin olunub | FED.az
10:36 4 Aprel 2019

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.

FED.az xəbər verir ki, bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub. Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.

A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü Ramiz İbrahimovu əvəz edəcək. R.İbrahimov Məhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.

Qeyd edək ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir.

Eləcə də bax: Azərbaycan məhkəmələrində daha iki monopoliya - ARADAN QALDIRILIR – FƏRMAN

Digər xəbərlər

Banner