Gəncə İnzibati-İqtisadi Məhkəməsində "Holcim (Azərbaycan)" ASC-nin “ABC-2016” MMC-yə qarşı borcun ödənilməsi ilə bağlı iddiasına baxılıb.
FED.az xəbər verir ki, hakim Kamil Rzayevin icraatında olan iş üzrə qərar elan edilib. Qərara əsasən, "Holcim (Azərbaycan)" ASC-nin “ABC-2016” MMC-yə qarşı 216 min 226 manat borcun ödənilməsi ilə bağlı iddiası təmin edilib.
Eləcə də bax: İcra başçısı "Holcim Azərbaycan"dan şikayət edən səhmdarları - QƏBUL EDİB
Qeyd edək ki, iş materiallarına əsasən, “ABC-2016” MMC ilə "Holcim (Azərbaycan) "ASC arasındakı müqaviləyə əsasən, iddiaçı cavabdehə sement və klinker məhsullan satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öz öhdələrinə götürüb. Müqavilə əsasında cavabdehə sement və klinker məhsulları göndərilib. Lakin cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməyib. Bununla əlaqədar şirkətin "Holcim (Azərbaycan)"a 186.666 manat 70 qəpik əsas, 29.559 manat 60 qəpik cərimə (cəmi 216.226 manat 30 qəpik) borcu yaranıb.
Report
Qeyd edək ki, 2012-ci ilin aprel ayında “Qaradağ Sement” ASC re-brendinq olaraq "Holcim (Azərbaycan)" ASC olub və dünyanın aparıcı sement təchizatçılarından olan lafargeholcim Qrupun bir hissəsidir.