Hüquq

Məhkəmə “Holcim”in 12 min manatlıq iddiası ilə bağlı - QƏRAR VERDİ

Məhkəmə “Holcim”in 12 min manatlıq iddiası ilə bağlı - QƏRAR VERDİ | FED.az
21:07 11 Avq 2020

Bakı Kommersiya Məhkəməsində “Holcim (Azərbaycan)” ASC-nin “E-Trading” MMC-yə qarşı pul tələbinə dair iş üzrə məhkəmə prosesi keçirilib.

Eləcə də bax: İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilib

FED.az “report”a istinadən xəbər verir ki, hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, “Holcim (Azərbaycan)”ın “E-Trading” MMC-yə 11 760 manatlıq iddiası təmin edilib. 

Qeyd edək ki, “Holcim (Azərbaycan)” cavabdehə qarşı xidmət müqaviləsi üzrə əvvəlcədən ödənilmiş 10 000 manat depozit məbləğinin geri qaytarması, borcun vaxtının gecikdirilməsinə 1 730 manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzini ödəməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 

Digər xəbərlər