"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Bir sıra məhkəmələrə hakimlər və sədrlər təyin edilib - SƏRƏNCAM - SİYAHI
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə "Məhkəmələr və hakimlər haqqında" Qanuna 92-1-ci maddə əlavə edilir:
"Maddə 92-1. Hakimin xidməti vəsiqəsi
Hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir. Hakimə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilir. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəddir.
Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edir. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə verilir.
Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılır".
Dövlət başçısı "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərin tətbiqi məqsədi ilə fərman da imzalayıb.









