Məhkəmə “Euro Door” MMC-nin cəriməsini ləğv edib.
Nizami Rayon Məhkəməsi «Euro Door» MMC-yə valyuta tənzimi qaydalarını pozduğuna görə tətbiq edilən inzibati cəriməni ləğv edib.
Eləcə də bax: Məhkəmə əmək müqaviləsinə görə firmanı - 25 MİN MANAT CƏRİMƏLƏDİ
Bu barədə FED.az-a şirkətdən bildirilib.
Xatırladaq ki, Azərbaycana xaricdən qapılan idxalı ilə məşğul olan «Euro Door» MMC bu ilin fevralında valyuta tənzimi qaydalarını pozmağa görə Nizami Rayon Məhkəməsinin qərarına əsasən, 2688 ABŞ dolları məbləğində cərimə edilmişdi.
Məhkəmə “Euro Door” MMC-ni İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilmişdi.
Qərarla razılaşmayan şirkət Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsinin 21.02.2020 tarixli 3(103)-183/2020 qərarı ilə iş yenidən Nizami Rayon Məhkəməsinə qaytarılıb və sonuncunun 02.06.2020 tarixli 3(007)-522/2020 saylı qərarlarına əsasən işə xitam verilib.
Qeyd edək ki, ”Euro Door” şirkəti Avropanın avtomatika sektorunda tanınan “Boon Edam” (Hollandiya), “LİFE” (İtaliya), “GİLGEN” (İsveçrə) kimi markaların Azərbaycandakı rəsmi distributorudur. Avtomatik açılıb-bağlanan, fırlanan qapı sistemləri, turniketlər və s. məhsulların satışı ilə yanaşı, quraşdırılmasını və servis xidmətini də həyata keçirir.