Hüquq

Məhkəmə “Əli və Nino" kitab evi ilə bağlı - QƏRARINI AÇIQLAYIB

Məhkəmə “Əli və Nino" kitab evi ilə bağlı - QƏRARINI AÇIQLAYIB | FED.az
15:49 2 Avqust 2019

Bakı Apelyasiya Məhkəməsində “Əli və Nino yayım” MMC-nin cərimələnməsi barədə qərardan verilmiş şikayətə baxılıb.

FED.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
Qərara əsasən, “Əli və Nino yayım” MMC-nin şikayəti təmin edilməyib.

Qeyd edək ki,  Nəsimi rayon Məhkəməsi “Əli və Nino yayım” MMC-nin 1500 manat məbləğində cərimələnməsinə qərar verib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozmaqda təqsirli bilinib. 

Qeyd edək ki, “Əli və Nino yayım“ MMC kitab satışı məşğuldur.

Digər xəbərlər