Gəncədə tanınmış “Megastore” mağazasında quldurluq baş verib.
Hövsanda ödəmə terminalından 6 minə yaxın - PUL OĞURLANIB
FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə zamanı naməlum şəxs səhər erkən saatlarda mağazaya gələrək orada olan 69 yaşlı gözətçiyə küt alətlə xəsarət yetirib. Daha sonra onun əl və ayaqlarını yapşıqan lentlə bağlayaraq cinayətkar əməlini davam etdirib. Belə ki, naməlum şəxs mağazada içində 157 151 manat, 6040 dollar və 18 100 rubl olan seyfi götürərək gedib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə seyf mağazaya yaxın ərazidə basdırılmış vəziyyətdə tapılıb.
Cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.