Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.
Eləcə də bax: Mədəniyyət Nazirliyinin daha bir vəzifəli şəxsi - SAXLANILDI
FED.az xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə vəsatət təmin edilib.
İlkin Nəsibov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı saxlanılanlar arasında nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var. (Apa)