Azərbaycanda məcburi köçkünlər və müharibədən zərər çəkmiş şəxslər üçün pulsuz hüquqi yardım göstərməyə yönəlmiş layihə başlayıb.
FED.az xəbər verir ki, layihə “Turan Legal and Tax Services” şirkəti tərəfindən “Məcburi köçkünlərə və müharibədən zərər çəkmiş şəxslərə ödənişsiz hüquqi məsləhət və yardım” adlı layihə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihə çərçivəsində təcrübəli vəkil və hüquqşünaslarımız tərəfindən təqdim ediləcək hüquqi xidmətlər əmək mübahisələri, ailə mübahisələri, müavinət və digər sosial ödənişlər, əmlak məsələləri və inzibati işlər də daxil olmaqla geniş spektrli hüquqi məsələləri əhatə edir.
Ödənişsiz hüquqi xidmətlərə hüquqi məsləhətlərin verilməsi, ərizə, sorğu və digər hüquqi sənədlərin tərtib edilməsi, məhkəmədə təmsilçiliyin aparılması aiddir.
Müraciətlər Bakı şəhəri də daxil olmaqla, Ağdam, Bərdə, Füzuli, Gəncə, Mingəçevir, Tərtərdə yerləşən ofislərdə qəbul edilir.
Layihənin məqsədi məcburi köçkün və müharibədən zərər çəkən şəxslərin hüquqi xidmətlərə çıxışının əlçatan etməkdir.
Ödənişsiz hüquqi yardımdan yararlanmaq üçün və ya layihə haqqında ətraflı məlumat almaq üçün aşağıda ünvanlara yaxınlaşa və ya qaynar xəttlə əlaqə saxlaya bilərsiniz:
Qaynar xətt: +994 12 311 0130
Məktublarınız üçün ünvan: [email protected]
Bölgələrdə yerləşən ofislərin ünvanları:
Ağdam: Quzanlı qəs., Qurban Pirimov küç. 2 (Ağdam Rayon Məhkəməsinin inzibati binası)
Bərdə: Rəcəb Qubadov küç. 2
Füzuli: Horadiz şəhəri, Gənclər Mərkəzi, 2-ci mərtəbə
Gəncə: Məmməd Xələfov küç., bina 18, otaq 205
Mingəçevir: İsmət Qayıbov küç., ev 2a
Tərtər: Heydər Əliyev pr. 46