Sumqayıt şəhərində “Qayalımarket” şəbəkəsinin marketlərinin birində satıcı işləyən Arzu Babayeva işdən xəbərsiz çıxarılmasından narazıdır.
Eləcə də bax: Vəzifəli şəxs yeyintini üzə çıxaran işçini - Məhkəməyə Verdi
FED.az xəbər verir ki, Arzu Babayeva bildirib ki, işdən çıxarılan zaman ona nə xəbərdarlıq edilib, nə də hansısa müavinət ödənilib: “Həmin marketdə 5 ilə yaxın işləmişəm. Bir dəfə də olsa, məzuniyyətə buraxılmamışam. Hətta işdən çıxarılanda istifadə etmədiyim məzuniyyətlərə görə mənə kompensasiya da ödənilməyib”.
A.Babayeva iş rejimlərinin də qanunsuz uzadıldığını bildirib: “Sanki quldarlıq dövründəki kimi idi. Qanunvericilyə əsasən, həftədə iş vaxtı 40 saat nəzərdə tutulsa da, biz həftədə 6 gün olmaqla 12 saat (8 saatdan artıq işləməsi nəzərdə tutulur - red) işləmişik. Aidiyyəti orqanlardan xahiş edirəm məsələni nəzarətdə saxlasın və “Qayalımarket”dəki qanunsuzluqlara hüquqi qiymət verilsin”.
Məsələ ilə bağlı sözügedən marketlər şəbəkəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu. (Report)