Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Hüquq

  1. Ana səhifə
  2. Hüquq
  1. Hüquq

Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... - Bakıda “Crowd-1” dələduzluğu

Lüks həyat, bahalı maşınlar, ayda 16 min maaş... - Bakıda “Crowd-1” dələduzluğu | FED.az
17:32 7 Dek 2022

Sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq vətəndaşların külli miqdarda pullarını ələ keçirən dələduz dəstənin əməlləri ilə bağlı bir sıra məqamlar üzə çıxıb.

Maliyyə piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən şəxslərə hökm oxunub - VİDEO

FED.az xəbər verir ki, “Qafqazinfo” həmin dəstənin insanları necə aldatmasına dair bir sıra detallar əldə edib. Araşdırma zamanı məlum olub ki, Bakı sakini Habil Bədəlov tanışları Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva ilə birlikdə özlərini mərkəzi ofisi Dubayda yerləşən “Crowd1” şirkətinin Azərbaycandakı nümayəndələri kimi təqdim ediblər. Onlar qabaqcadan hər şeyi planlı şəkildə qurub. Öz aralarında vəzifə bölgüsünü apardıqdan sonra instaqramda səhifə açıb insanları şirkətə pul yatırmağa və tezliklə varlanacaqlarına inandırıblar. Bunun üçün bahalı geyimlər, mobil telefonlar, notbuk və aksesuarlardan, maşınlardan istifadə ediblər. Ofis icarəyə götürüblər. Bu isə onların guya dəbdəbəli həyat sürdüklərinə dair görüntü yaratmaq üçün olub. Onlar elan paylaşarkən, “ildə 16 dəfə maaş almaq istəyənlər ofisə yaxınlaşsın, heç nə satmaq yox, evdən işlə, gündəlik pul qazan, yüksək aylıq maaş, itirmək yox, daim qazanmaq, mal almaq və satmaq yox” kimi paylaşımlardan istifadə edirmişlər.

Dəstə vətəndaşları inandırıb ki, qısa müddətdə bu şirkətə qoşulanlar da eyni həyatı yaşayacaqlar. Habil Bədəlov və tanışları deyirmiş ki, onlara pul verəcəkləri təqdirdə heç bir aktiv fəaliyyət göstərmədən gəlir əldə edəcəklər. Yəni şirkətə yatırım etdikdən sonra 3 aydan bir şirkətin ümumi gəlirlərinin 40 faizi yatırım edən şəxslər arasında bölünəcək. Özlərindən sonra sistemə iki nəfər də qoşduqları təqdirdə daha çox gəlir əldə edəcəklər.

Dəstənin əməlləri bununla da kifayətlənməyib. Onlar vətəndaşlara həm də kriptovalyuta satdıqlarını, həmin “coin”lərin qısa müddətdə bahalaşacağına inandırıblar.

Habil və dəstəsi zərəçəkmişlərdən 51.640 manat pul alıblar.

Sonda isə məlum olub ki, dələduz şəbəkə tərəfindən təklif olunan platformaların heç biri fəaliyyət göstərmir. Həmçinin vətəndaşlara “Crowd-1” şəbəkəsinə ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil.

Qeyd edək ki, dəstə başçısı Habil Bədəlov 24 il hərbçi işləyib. O, 1990-2014-cü illərdə gizir kimi orduda xidmət edib. O, zərərçəkmişlərə yazırmış ki, “mən 23 il hərbidə xidmət eləmişəm və bu gün pensiyam 800 manatdır. Amma 11 aydır ki, “Crowd1”də xidmət edirəm, bu şirkətdən aldığım maaş 16 000 manatdır”.

Zərərçəkmişlərdən biri ifadəsində deyib ki, ona bahalı avtomobili göstərərək bildiriblər ki, qoyduğu pullarla o da lüks maşın alacaq: “Mən də həvəslənib pulu verdim. Restoranda ofisiant işləyirdim. Atama avtomobilini satdırdım. Dedilər narahat olma, qoyduğun pullara görə qazanacaqsan. 8500 manat pul verdim. Dedilər ki, qazanmaq üçün vaxt tələb olunur. Ona görə də inanıb gözlədim”.

Digər zərərçəkmişə isə deyilib ki, 10 min dollar verəcəyi təqdirdə 60 min qazanacaq: “Hissə-hissə olmaqla 142 min dollar verdim. Mənə 55 min dollar gəlir adı ilə verdilər. Mənə hesabında 600 min avro pulu olduğunu göstərdi, inandırdı. Bir müddət sonra pul verməməyə başladılar, sistemdə problem olduğunu bildirdilər”.

Daha bir zərərçəkən isə bunları bildirib: “Mənə dedilər ki, “Bitcoin” yarananda heç kim inanmamışdı, lakin indi “bitcoin” ən bahalı kriptovalyutadır. “Bitcoin” alanlar bu gün milyonçudurlar. Özləri “Gelandewagen”də, “Range Rover”də gəlirdilər. Hər kəsin belə imkanlı ola biləcəyini deyirdilər”.

Qeyd edək ki, maliyyə fırıldqçıları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Habil Bədəlov, Yasin Əmirli, Səbahir Fərzəliyev, Əlövsət Mazandarov 1 il 6 ay, Amin Hüseynov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.

Banner
Banner
  • Amin Hüseynov
  • Əlövsət Mazandarov
  • Səbahir Fərzəliyev
  • Yasin Əmirli
  • Göyçək Dünyamalıyeva
  • Lüks
  • həyat
  • bahalı
  • maşınlar
  • maaş
  • Bakı
  • Crowd-1
  • dələduzluq
  • Gelandewagen
  • Range Rover
Paylaş

Digər xəbərlər

Bir evə 2 nəfər - “KUPÇA” ALA BİLƏRMİ?
Hüquq 27 Yan 2023
Bir evə 2 nəfər - “KUPÇA” ALA BİLƏRMİ?
DTX: "Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb"
Hüquq 27 Yan 2023
DTX: "Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb"
Azərbaycanın İrandakı səfirliyinə - HÜCUM EDƏN ŞƏXS SAXLANILIB
Hüquq 27 Yan 2023
Azərbaycanın İrandakı səfirliyinə - HÜCUM EDƏN ŞƏXS SAXLANILIB
Prokurorluq ötən il - 71,5 milyon manatdan çox ziyanı ödətdirib
Hüquq 27 Yan 2023
Prokurorluq ötən il - 71,5 milyon manatdan çox ziyanı ödətdirib
Eyni məhəllədə yaşayan 13 gəncə 1 milyonluq borc gəldi - VİDEO
Hüquq 27 Yan 2023
Eyni məhəllədə yaşayan 13 gəncə 1 milyonluq borc gəldi - VİDEO
Təcili: Rüşvət alıb avtomobilin rüsumunu az göstərən – GÖMRÜK ƏMƏKDAŞLARI HƏBS EDİLDİ
Hüquq 26 Yan 2023
Təcili: Rüşvət alıb avtomobilin rüsumunu az göstərən – GÖMRÜK ƏMƏKDAŞLARI HƏBS EDİLDİ
Əlillər üçün tikilən evlərin pulunu mənimsəyən şirkət rəhbərinə - HÖKM OXUNACAQ
Hüquq 26 Yan 2023
Əlillər üçün tikilən evlərin pulunu mənimsəyən şirkət rəhbərinə - HÖKM OXUNACAQ
Bələdiyyə sədri dövlət torpaqlarını satmaq istəyib- 1,8 MİLYON MANAT - MƏHKƏMƏ
Hüquq 26 Yan 2023
Bələdiyyə sədri dövlət torpaqlarını satmaq istəyib- 1,8 MİLYON MANAT - MƏHKƏMƏ
Prokurorluq  Gömrük Komitəsində əməliyyat keçirir - SAXLANILANLAR VAR
Hüquq 26 Yan 2023
Prokurorluq Gömrük Komitəsində əməliyyat keçirir - SAXLANILANLAR VAR
“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır
Hüquq 26 Yan 2023
“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır
Gömrükdə daha bir əməliyyat – SAXLANILAN VAR
Hüquq 26 Yan 2023
Gömrükdə daha bir əməliyyat – SAXLANILAN VAR
Bakı şəhər İcra Hakimiyyətinin qurumunun əməkdaşı - RÜŞVƏT ALARKƏN YAXALANDI
Hüquq 26 Yan 2023
Bakı şəhər İcra Hakimiyyətinin qurumunun əməkdaşı - RÜŞVƏT ALARKƏN YAXALANDI
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycan və Misir əczaçılıq sahəsində - Müştərək Müəssisələr Yaradacaq
    13:59 28 Yan 2023
  • Azərbaycan və Misir prezidentlərinin geniş tərkibdə - GÖRÜŞÜ OLUB
    13:53 28 Yan 2023
  • Fransa XİN-i Azərbaycanın Tehrandakı səfirliyinə hücuma - MÜNASİBƏT BİLDİRİB
    13:38 28 Yan 2023
  • Dağlara qar yağacaq - BAZAR GÜNÜNÜN HAVA PROQNOZU
    13:34 28 Yan 2023
  • Rusiyadan xaricə pul köçürmələri rekord həddə çatıb - STATİSTİKA
    13:26 28 Yan 2023
  • İMEİ nömrəsinin dəyişdirilməsi üzrə protokol tərtib etmək səlahiyyəti olan - Vəzifəli şəxslər müəyyənləşəcək
    13:19 28 Yan 2023
  • Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə - MÜZAKİRƏ OLUNUB
    13:09 28 Yan 2023
  • Azərbaycan-Misir sənədləri imzalanıb - FOTO
    13:00 28 Yan 2023
  • Malın gömrükdən buraxılmasına dair müraciətə - 1 GÜNƏ BAXILACAQ
    12:54 28 Yan 2023
  • Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək - MƏBLƏĞLƏR
    12:50 28 Yan 2023
  • Prezident Telekommunikasiya haqqında qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:45 28 Yan 2023
  • Malın gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair - QAYDALAR HAZIRLANACAQ
    12:42 28 Yan 2023
  • Dövlət qurumu yük avtomobilləri üçün yağlar və mayelər alır- TENDER ELANI
    12:40 28 Yan 2023
  • Dövlət qurumu minik avtomobilləri üçün yağlar və mayelər alır - TENDER ELANI
    12:38 28 Yan 2023
  • Prezident “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliyi təsdiqlədi - FƏRMAN
    12:38 28 Yan 2023
  • Xüsusi baş geyimlərinin alınması ilə bağlı - TENDER ELAN
    12:32 28 Yan 2023
  • AMB: Sığorta sektorunda boşluqların doldurulması istiqamətində işlər davam edir
    12:32 28 Yan 2023
  • G7 Rusiyanın dizel yanacağı üçün - 100-110 dollar qiymət həddini dəstəkləyir
    12:19 28 Yan 2023
  • Bakı Şəhər İH abadlıq üzrə çoxmilyonluq tender elan etdi
    12:08 28 Yan 2023
  • Ən çox maaş alan iri bankın baş direktorunun maaşı - 25 milyon dollara qədər azaldı
    12:03 28 Yan 2023
  • Bakı Şəhər İH malların alınması üzrə çoxmilyonluq tender elan etdi
    12:02 28 Yan 2023
  • Tesla səhmləri ardıcıl 2 gündə - 20%-DƏN ÇOX BAHALAŞIB
    11:59 28 Yan 2023
  • Ermənistanda qadınlar da hərbi xidmət edə biləcək
    11:54 28 Yan 2023
  • Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə - MÜZAKİRƏYƏ ÇIXARILACAQ
    11:51 28 Yan 2023
  • Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb - SİYAHI
    11:45 28 Yan 2023
  • “Nissan” mühərrikdəki nasazlığa görə 520 min avtomobili - GERİ ÇAĞIRIR
    11:39 28 Yan 2023
  • Rayonlarda texniki binanın icarəyə götürülməsi ilə bağlı - TENDER ELANLARI
    11:35 28 Yan 2023
  • BMT Azərbaycanın Tehrandakı səfirliyinə - HÜCUMU PİSLƏYİB
    11:32 28 Yan 2023
  • “Tatspirtprom” Azərbaycanda məhsulun butulkalara doldurulmasını - TƏŞKİL EDƏCƏK
    11:26 28 Yan 2023
  • Maliyyə Monitorinqi Xidməti – AUDİTOR SEÇİR
    11:22 28 Yan 2023
  • Bu şəxslərin də maaşı artırılaraq - 1296 MANAT OLDU
    11:17 28 Yan 2023
  • Xüsusi yağlar və mayelərin alınması üzrə - TENDER ELANI
    11:14 28 Yan 2023
  • Aşpaz Nusret qazancının 50 faizini kimsəsiz uşaqlara bağışladı - FOTO
    11:01 28 Yan 2023
  • “Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
    10:48 28 Yan 2023
  • Dövlət qurumu 400 ton yonca otu alır - TENDER
    10:47 28 Yan 2023
  • Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
    10:42 28 Yan 2023
  • Dövlət qurumu 300 ton vələmir və yemlik arpa alır
    10:40 28 Yan 2023
  • Dövlət Sərhəd Xidməti – TENDER ELAN ETDİ
    10:35 28 Yan 2023
  • Misir Prezidentinin Bakıda Azərbaycanın iş adamları ilə görüşü olub - FOTOLAR
    10:33 28 Yan 2023
  • DOST Agentliyi - TENDER ELAN ETDİ
    10:29 28 Yan 2023
  • “Moody's” 2024-cü ilə qədər neft və qaz qiymətləri ilə bağlı - Proqnozlarına Yenidən Baxıb
    10:27 28 Yan 2023
  • İqtisadi Şuranın iclası keçirilib, bank sektoruna dair vergi məsələləri - MÜZAKİRƏ OLUNUB
    10:23 28 Yan 2023
  • Milli Məclisin fevralın 1-də keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI
    10:19 28 Yan 2023
  • Bakı Metropoliteni 279,7 ton metal məmulatı alır - TENDER ELANI
    10:16 28 Yan 2023
  • SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini - AÇIQLADI
    10:08 28 Yan 2023
  • Azərbaycanda şüşə şirkəti 122 ton polietilen örtük alır - TENDER ELANI
    10:05 28 Yan 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 28 Yan 2023
  • Müxtəlif növ qaynaq çubuqlarının alınması ilə bağlı - TENDER ELANI
    09:53 28 Yan 2023
  • Bu şirkət "Faktor Lizinq"i - MƏHKƏMƏYƏ VERİB
    09:39 28 Yan 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    09:28 28 Yan 2023
  • Dövlət qurumu 20 000 ədəd qulaqlı papaq alır
    09:20 28 Yan 2023
  • Dövlət Turizm Agentliyi – TENDER ELAN ETDİ
    09:12 28 Yan 2023
  • Müdafiə Nazirliyindən iki – TENDER ELANI
    08:56 28 Yan 2023
  • QMİ Azərbaycanın İrandakı səfirliyinə hücumu siyasi məqsədli terror aktı kimi qiymətləndirib - BƏYANAT
    18:26 27 Yan 2023
  • Səfirliyimizə hücum edən terrorçu rahatlıqla müsahibə verir - FOTO - VİDEO
    18:18 27 Yan 2023
  • Bir evə 2 nəfər - “KUPÇA” ALA BİLƏRMİ?
    18:12 27 Yan 2023
  • Azərbaycanda kapital dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    18:03 27 Yan 2023
  • Azərbaycanda 5 şirkətin səhmləri satışa çıxarılır – SİYAHI
    18:03 27 Yan 2023
  • Azərbaycanda öhdəliklərin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2022)
    17:57 27 Yan 2023
  • «Tesla» satışları artırıb - Rekord mənfəət əldə edib
    17:56 27 Yan 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!