Londonda ümumi dəyəri 100 milyn dollar olan 3 elit daşınmaz əmlaka həbs qoyulub. FED.az xarici mətbuata istinadən xəbər verir ki, Bratinyanın Cinayətkarlığa Qarşı Milli İdarəsi (NCA) London Ali Məhkəməsindən şəhərdəki 3 daşınmaz əmlaka həbs qoyulması ilə bağlı order alıb. Hüqüq mühafizə orqanları həmin obyektlərin indiki sahiblərinin onları qanuna yolla almasına şübhə edirlər.
ELƏCƏ DƏ BAX : Saxta "FHN-çilər" yaxalanıb - DƏLƏDUZLUQ EDİB PUL YIĞIRMIŞLAR
Söhbət Londonun prestijli məhəllələrində yerləşən əmlaklardan gedir. Onların ümumi dəyəri 80 milyon funt sterlinq və ya 100 milyon dollardır. Hər 3 obyekt ofşor zonalarda qeydiyyata alınıb. Əmlakların sahiblərinin adları açqılanmır, amma bildirilir ki, bu «ciddi cinayətlə əlaqəsi ola bilən siyasi əhəmiyyətli şəxsdir».
Qeyd edək ki, böyük Britaniyada 2017-ci ildən qüvvədə olan qanuna əsasən, NCA idarəsi qiyməti 50 mindən artıq olan və alınması üçün xərclənmiş vəsaitlərin qanuniliyi şübhə yaradan əmlaka və ya aktivlərə həbs qoya bilər.
Order qüvvədə olduğu dövrdə əmlakın sahibi onu sata bilməz, və başqasına hansısa formada ötürə bilməz. Əgər əmlakın sahibi bu əmlakın alınması üçün xərclənən vəsaitin mənbəyini sübut edə bilməsə, həmin əmlak müsadirə olunacaq. Hüquq mühafizə orqanlarına belə səlahiyyətin verilməsi korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə ilə izah edilir.
Qeyd edək ki, bir qədər əvvəl London Ali Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevanın aktivlərini də dondurub. Ötən ilin noybarında isə Z.Hacıyeva Azərbaycanın sorğusu əsasında həbs edilib.
Bu dəfə həbs edilən əmlakların sahibləri açıqlanmasa da, NCA-dan bildirilib ki, növbəti 6-8 belə iş Afrika, Cənubi Asiya, keçmiş SSRİ və Rusiyadan çıxanlara aid olacaq.