Dövlət Statistika Komitəsi “Loğman Klinikası” MMC barəsində inzibati protokol tərtib edib.
Eləcə də bax:Azərbaycanda zavod - MÜFLİS OLUR
FED.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik məlumatların verilməsi qaydalarının pozulması) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə 300 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
Report