Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət edib.
Eləcə də bax: Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər - İfşa Olunub
FED.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə təqdim olunan videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir. Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər. Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin! Azərbaycan Respublikasının Baş Prokurorluğu xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yolverilməzdir!