Lənkəran Rayon İcra Hakimiyyətinin baş memarı Elgün Abdullayev barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
FED.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən Elgün Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, iki gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
Əməliyyat zamanı Memarlıq və tikinti şöbəsinin müdiri müdiri-baş memar Elgün Abdullayev saxlanılıb.
Elgün Abdullayev Cinayət Məcəlləsinin 308 ( vəzifə səlahiyyətlərindən sui istifadə) və digər maddələrlə ittiham olunur. (Apa)