Lənkəranda qadınların bank hesabından pul çıxarılıb.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Eləcə də bax: Leriklilərin bank hesabından - PUL OĞURLANIB
Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini F.Kazımovanın bank hesabından 152 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun Bürcəli kənd sakini Ş.Əşrəfovanın 301 manatını eyni üsulla oğurlaması da müəyyən edilib.