Kürdəmir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Ceyhun Cəfərov dövlətə dəyiş ziyanı tam ödəyib.
Eləcə də bax: Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası - AZALDILIB
FED.az xəbər verir ki, bu barədə Şirvan Apellyasiya Məhkəməsinin qərarında əks olunub.
Qeyd olunub ki, Ceyhun Cəfərov mənimsəməyə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib.
Xatırladaq ki, məhkəmənin bu gün qəbul etdiyi qərara əsasən, Ceyhun Cəfərovun cəzası 8 il 6 aydan 6 ilə, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Kürdəmir Mənzil İstismar Sahəsinin sabiq rəisi Sərvər Məmmədov isə 500 manat cərimə olunaraq azadlığa buraxılıb. (Apa)